"Şəmkir Un-Yem" Məhdud Məsuliyyətli Cəmiyyətin direktoru, sahibkar Aslan Əliyev həbs edilib.
Aknews.az-ın əldə etdiyi məlumata görə, sahibkar Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən saxlanılıb.
Binəqədi Rayon Məhkəməsi istintaq orqanının təqdimatı əsasında A.Əliyev barəsində iki ay 27 gün həbs qətimkan tədbiri seçib.
MMC direktoru 2 milyon manatdan çox vəsaitin mənimsənilməsində, külli miqdarda vergidən yayınma və vəzifə saxtakarlığında təqsirləndirilir.
Hazırda onun barəsində Baş Prokurorluğun İstintaq İdarəsində cinayət işi üzrə istintaq davam etdirilir.
Qeyd edək ki, bu barədə ilk məlumatı "Qafqazinfo" yayıb.