Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır


Şagirdlərin ağzını "skoç"layan müəllimlə bağlı araşdırılma aparılır.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məsələ ilə bağlı müvafiq araşdırma davam edir: "Məktəb rəhbərliyinə qanunauyğun tədbirlərin görülməsi üçün tapşırıqlar verilib".

112 nömrəli məktəbdən isə sorğumuza cavab olaraq bildirildi ki, ibtidai sinif müəlliminin musiqi dərsində şagirdlərə rəqs öyrədərkən uyğunsuz davranışı ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

"Məktəb rəhbərliyi tərəfindən müəllim və valideynlərlə görüş keçirilib, müvafiq tövsiyələr verilib. Müəllimin izahatı alınıb. Məktəb rəhbərliyinin qeyd olunan sinfə nəzarətinin artırılması qərara alınıb", - məlumatda deyilir.
Aknews.az

Xəbərlər