Evdə Fərdi Təhsil məktəbində maliyyə pozuntuları: 21 nömrəli məktəbə uzanan Vladim dalğası


Son günlərdə maliyyə yoxlaması zamanı evdə fərdi təhsil sahəsində ciddi qanun pozuntularının aşkar edilməsi təhsil ictimaiyyətində ciddi rezonans doğurub. Xüsusilə, Vladim İbrahimovun rəhbərlik etdiyi məktəbdə aparılan yoxlamalar nəticəsində bir sıra jurnallarda qeyri-qanuni fəaliyyət izləri üzə çıxıb.

Araşdırmalar zamanı məlum olub ki, evdə fərdi təhsil sahəsində mövcud olan pozuntular təkcə bir məktəblə məhdudlaşmır. Məhz bu səbəbdən 21 nömrəli Sumqayıt məktəbi də nəzarətə götürülüb. İlkin şübhələrə əsasən, bu məktəbin evdə fərdi təhsillə qeyri-rəsmi əlaqəsi var və qanunsuz fəaliyyət göstərən sistemin tərkib hissəsinə çevrilib. Odur ki, Maliyyə yoxlamasının Qədir Mikayılovdan rəsmi cədvəllər tələb edildiyi deyilir.

İddialara görə, 21 nömrəli məktəbin müəllimlərinin 70%-i Evdə Fərdi Təhsil müəssisəsinə cəlb edilib. Bu isə məktəbin artıq dövlət təhsil müəssisəsindən daha çox, özəl biznes strukturuna çevrildiyini göstərir. Məhz bu faktlar nəzərə alınaraq, Qədir Mikayılov tərəfindən müəllimlərin dərs cədvəlləri və digər sənədlər tələb edilib.

Əsas şikayətçi olan Elçin Hüseynovun sosial şəbəkələrdəki müraciətləri isə qısa müddət ərzində təsdiqini tapmaqdadır desək yanılmarıq. Onun iddialarına əsasən, Evdə Fərdi Təhsil adı altında həyata keçirilən qanunsuz fəaliyyətlər nəticəsində həm dövlət büdcəsinə ziyan vurulur, həm də ümumi təhsilin keyfiyyətinə ciddi təsir göstərilir.

Qeyd edək ki, Qədir Mikayılov 21 nömrəli məktəbə təyin edildikdən sonra daim tədbirlərdə oynamağı ilə gündəm olub. Hamının yaddaşında səmimi direktor obrazı yaratmaq istəsədə çox təsüflər olsun cəmiyyət bunu bir mənalı qarşılamadı. Həmçinin Evdə Fərdi Təhsilə rəhbər seçildiyi gündən Vladim İbrahimovun keçmiş direktorun dövrünə aid səndələri məhv etməsi barədə informasiyalar sosiallaşan məlumatlardadır. nəyin nə olması aparılan araşdırmalarda məlum olacaqdır.

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyi və atacağı addımlar yaxın günlərdə məlum olacaq. Hazırda aidiyyəti orqanlar tərəfindən araşdırmalar davam etdirilir və təhsil sahəsində baş verən qanunsuzluqlara qarşı ciddi tədbirlərin görüləcəyi gözlənilir.

Abşeron - Xızı Regional Təhsil İdarəsinin rəsmi açıqlaması olarsa dərc etməyə hazırıq.

Xəbərlər