Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..


TƏBİB-in əmrilə diş texniki vəzifəsində çalışan şəxs diş həkimi vəzifəsinə keçirilib.
18 aprel 2025-ci il tarixli 18-1/3-1-619/2025 saylı əmrlə Goranboy Rayon Mərkəzi Xəstəxanasında 23 May 2025-ilə qədər “diş texniki” vəzifəsində çalışan şəxs “diş həkimi” ştatına keçirilib.

Sözügedən əmrin fotosu var. Əmri imzalayan şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Arzu Teymurovdur , diş texniki vəzifəsindən diş həkimi vəzifəsinə keçirilən isə Ağalar Məcid oğlu Sərdarovdur.

Mövzu ilə bağlı TƏBİB-ə sorğu ünvanlanıb. Amma günlərdir sorğuya münasibət bildirilmir, “aidiyyəti üzrə yönləndirilib, cavab olanda təqdim ediləcək” deyilir.

Qeyd edə ki, Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsini icra edən Arzu Teymurovdur.(Teleqraf)

Arzu Teymurov qərarı müzakirə olunur- Goranboy xəstəxanasında ilginc olay…..

Aknews.az

Xəbərlər