“Günəşli Hotel” yaşıllıqların məhv edilməsinə görə cərimələndi


Bakının Xətai rayonunda fəaliyyət göstərən “Günəşli Hotel” böyük məbləğdə cərimə olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Xətai rayonu, Babək prospekti 106D ünvanında fəaliyyət göstərən “Günəşli Hotel”də yoxlama aparılıb.

Məlum olub ki, MMC-yə məxsus “Günəşli Hotel” adlı iaşə obyektinin qarşısında olan yaşıllıqlar götürülüb.

Bununla da hotel barəsində İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə protokol tərtib edilib.

Xətai Rayon Məhkəməsinin qərarı ilə “Günəşli Hotel” 25 min manat miqdarında cərimə edilib.

Aknews.az

Xəbərlər