Müsavat Partiyası Azərbaycan hökuməti ilə dostcasına razılaşma əldə edib.
Gununsesi.info xəbər verir ki, tərəflər arasında razılaşma nəticəsində Müsavat Partiyasının Avropa İnsan Hüquqları Məhkəməsinə iki şikayəti araşdırılan işlər siyahısından çıxarılıb.
Müsavat Partiyası Avropa Məhkəməsinə sərbəst toplaşmaq azadlığının pozulması və bu barədə şikayətlərin Azərbaycan məhkəmələrində araşdırılmaması ilə əlaqədar müraciət etmişdi.
Bu şikayətlərlə bağlı kommunikasiya mərhələsində Müsavat partiyası hökumətin “dostcasına həll” təklifini qəbul edib. Tərəflər arasında bu barədə razılaşma imzalanıb. Razılaşmaya əsasən, partiya hər iki şikayətdə göstərilən faktlarla bağlı Azərbaycana qarşı yenidən tələb irəli sürməyəcək. Hökumət isə hər şikayət üzrə partiyaya dəymiş ziyana görə 1200 avro, məhkəmə xərclərinə görə isə 250 avro olmaqla, ümumilikdə 2900 avro ödəmək öhdəliyi götürüb.
Məlumat Gununsesi.info -ya Avropa İnsan Hüquqları Məhkəməsindən göndərilib.
Aknews.az