Ömürlük məhkum "Gəncəli Mübariz"in oğlunun şikayəti təmin edilməyib, iş adamına bəraət verilib


Ömürlük məhkum "Gəncəli Mübariz" kimi tanınan Mübariz Niyazovun oğlu Ramin Niyazovun iş adamı Eldəniz Verdiyev barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətə baxılıb.
Aknews.az "Report"a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ramin Niyazovun verdiyi şikayət təmin edilməyib, Eldəniz Verdiyev barəsində təqsirləndirilən şəxs qismində verilməsi ilə bağlı bəraət qərarı çıxarılıb.

Məlumatı vəkillər Asim Abbasov və Cavidan Osmanlı təsdiq ediblər.

Qeyd edək ki, Ramin Niyazov sosial şəbəkədə və media resurslarında Eldəniz Vəliyevi ağır və xüsusi ağır cinayətlərdə ittiham edərək böhtan atmaqda ittiham edib.

Xəbərlər