İsrailin hücumu nəticəsində Tehranda 120 yaşayış binası dağılıb


İsrail iyunun 24-də Tehran vilayətində 12 hədəfə hücum edib, zərbələrin əksəriyyəti yaşayış məntəqələrinə düşüb.
Aknews.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tehran vilayətinin qubernatoru Məhəmməd Sadiq Mötəmediyan məlumat verib.

Qeyd olunur ki, ümumilikdə, İsrailin Tehran vilayətinə endirdiyi zərbələr nəticəsində 120 yaşayış binası tamamilə dağılıb, 500 nəfərə ciddi ziyan dəyib.

Xəbərlər