İranla sərhədin açılmasını tələb edən İraq rəsmisi həbs edildi


İraqın Meysan bölgəsinin Əyalət Şurasının sədri Mustafa Dəir Əbdülhəsən həbs olunub.
İranla sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə itaətsizliyə çağırmaq və yolları bağlamaqla hədələməsi səbəbindən verilib.

İraq Baş nazir Administrasiyası bu təhdidlərə görə Meysan Əyalət Şurasının sədrindən şikayət etmişdi.

Əbdülhəsən İranla Əl-Şeyb sərhəd-keçid məntəqəsi açılmayacağı təqdirdə bütün yolları bağlayacağı ilə hədələmişdi.

Aknews.az

Xəbərlər