Nərimanov rayonunda bir neçə obyektin fəaliyyəti dayandırılıb


Bakı şəhəri, Nərimanov rayonu ərazisində bir neçə yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb.
Aknews.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, fəaliyyət göstərən kağız məhsullarının istehsalı və avtomobil yağlarının qablaşdırılması sexlərində, eləcə də dam örtükləri anbarında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çox sayda nöqsanın mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib:

"Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş sexlərin və anbarın fəaliyyətlərinin dayandırılması barədə qərarlar qəbul olunub və bir nüsxəsi obyektlərin nümayəndələrinə təqdim edilib", - deyə məlumatda vurğulanıb.


Xəbərlər