Şahbuzda istirahət mərkəzində su üzərində olan - əldə hazırlanmış platformanın aşması nəticəsində həlak olan şəxslərin adları məlum olub.
Aknews.az "Nuhçıxan"a istinadən xəbər verir ki, hadisə zamanı 1983-cü il təvəllüdlü Sevinc Abdulla qızı Hüseynova, onun qızı, 2011-ci il təvəllüdlü Ceyran Tural qızı Hüseynova və nənə, 1947-ci il təvəllüdlü Səbinə Xəlil qızı Məmmədova həlak olublar.
Faktla bağlı Şahbuz Rayon Prokurorluğunda araşdırma aparılır.