“Sosial şəbəkələrdə paylaşılan narazılıq dalğası böyüyür: Kontakt Home müştəri narazılıqlarına məhəl qoymur.”
“Azərbaycan Reallığı” xəbər verir ki, sosial şəbəkə istifadəçisi Vüsal İsmayıl “Müştəriyəm, Şikayətim Var” qrupunda Kontakt Home-dan narazılığını bölüşüb.
Onun sözlərinə görə, avqustun 31-də aldığı oyun stulunda zavod qüsuru aşkarlansa da, mağaza problemi həll etməyib:
“Qaynar xəttə zəng etdim, dedilər məhsulu özün apar filan ünvana. Mən niyə o boyda məhsulu gəzdirim? Kuryer isə təhvil verəndə demişdi ki, 14 gün ərzində qaytara bilərsiniz. Amma hər dəfə bir şöbəyə yönləndirirlər, nəticə yoxdur.”
Vüsal İsmayıl sonda qeyd edib ki, “Kontakt Home-u heç kimə məsləhət görmürəm.”
Aknews.az