Xırdalanda vətəndaş ADSEA işçilərindən narazıdır: “Qapını yumruqlayırlar, nə körpə düşünürlər, nə yaşlı”
Sosial şəbəkələrdə Xırdalanda yaşayan bir vətəndaşın Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) əməkdaşları ilə bağlı şikayəti yayılıb.
32gun.az bildirir ki, vətəndaşın sözlərinə görə, səhər tezdən evinə gələn Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) işçiləri qapını yumruqlayaraq döyüblər, bu da evdəki körpə və yaşlı insanları narahat edib.
Şikayətçi hadisə barədə belə yazıb:
Vətəndaş sual edir ki, ADSEA əməkdaşlarının bu cür davranışı nə dərəcədə düzgündür və qeyd edir ki, işçilər vətəndaşlarla etik qaydalara uyğun davranmalıdırlar.
Xatırladaq ki, mediada dəfələrlə ADSEA rəhbərliyində ailə-quda münasibətlərinə əsaslanan idarəçilik modeli barədə yazılar dərc olunub. Agentliyin sədri Zaur Mikayılov, aparat rəhbəri Fuad Quliyev və müşavir statusu daşısa da faktiki qərarverici şəxslərdən biri kimi göstərilən Əsəd Şirinovun adı bu iddialarda xüsusi hallanır.
Bir neçə gün öncə yayımlanan materiallarda ADSEA “qudalar agentliyi” kimi təqdim olunmuş, qurumun yarıtmaz fəaliyyəti nəticəsində sel sularının daşması və ölkədə su qıtlığı ilə bağlı problemlərin artdığı qeyd edilmişdi. İndi isə həmin problemlərlə bağlı elan edilən tenderin qalibinin dövlətə borclu şirkət olması əlavə suallar doğurur.
Aknews.az