Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən kollecdə müəllimlər psixoloji təzyiqlər və ədalətsiz idarəetmədən narazıdır – “Artıq dözülməz həddə çatmışıq”, – deyə bildirirlər.
Gəncə Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən *Regional Kollec*də illərdir davam edən rəhbərlik böhranı müəllimlərin ciddi narazılığına səbəb olub. Bakunews.az-a daxil olan məlumata görə, kollecdə tədris və idarəetməyə Tərlan Qayıbova və Sevda Qarayeva adlı şəxslərin qeyri-rəsmi şəkildə nəzarət etdiyi, bu şəxslərin isə kollektiv üzərində psixoloji təzyiq, ayrı-seçkilik və qeyri-peşəkar davranışlarla gündəmdə olduğu bildirilir.
Müəllimlərin Aknews.az-a göndərdiyi müraciətdə qeyd olunur: “Biz burada müəllimlik yox, sanki siyasi savaş aparırıq. İllərlə qurduğumuz peşəkar nüfuz bir neçə nəfərin şəxsi ambisiyasına qurban verilir. Tərlan Qayıbova və Sevda Qarayeva kollecdə dərs bölgüsünə, kadr dəyişikliklərinə və hətta intizam tədbirlərinə tam nəzarət edir. Bu səlahiyyətlərin onlara kim tərəfindən verildiyi isə qaranlıqdır.”
Müəllimlərin iddiasına görə, kollektivə çatdırılan sərt təlimatların Təhsil Nazirliyinin Regional təmsilçisi Xoşqədəm Xudiyeva tərəfindən verildiyi bildirilsə də, bu göstərişlərin hüquqi əsasları hələ də aydın deyil. İddialar arasında o da var ki, bəzi əməkdaşlar bu səbəbdən artıq işdən uzaqlaşıb, digərləri isə psixoloji gərginlik səbəbindən travma yaşamaqdadır.
Hazırda nə Gəncə Dövlət Universiteti, nə də Regional Kollecin rəhbərliyi məsələ ilə bağlı rəsmi açıqlama verməyib.