Çoxsaylı rolları uğurla birləşdirən, istər hüquqi, istərsə də ictimai platformalarda vətəndaşların yanında olan güclü və nüfuzlu bir qadın – Esmira Rzayeva haqqında danışacayıq.
Esmira Rzayeva Azərbaycanın hüquq və mediasiya sahəsində tanınmış və nüfuzlu simalarından biridir. Onun çoxşaxəli fəaliyyəti hüquqşünaslıq, mediasiya, təhsil və ictimai maarifləndirmə sahələrini əhatə edir.
Esmira xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin tarix fakültəsini və Azərbaycan Beynəlxalq Universitetinin hüquq fakültəsini bitirib.
"Advocate Alliance Hüquq Şirkəti" MMC-nin direktorudur. Bakı şəhər 62 nömrəli Məktəb-Lisey adlı yerdə tarix müəllimi vəzifəsində çalışıb. Elm və Təhsil Nazirliyi, Dövlət İmtahan Mərkəzi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Məsələləri Komissiya və Milli Məclis hər zaman Esmira Rzayevanın təhsil eksperti kimi təkliflərini dəyərləndirib. Rus, İngilis, Gürcü və Türk dillərində tam sərbəst danışa bilir. 2024-cü ilin iyun ayında keçirilən andiçmə mərasimində Esmira Rzayeva Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü seçilib. O, bu mərasimdə yeni vəkillər arasında ilk vəkil nitqini söyləyib və Kollegiyanın sədri Anar Bağırova təşəkkürünü bildirib. Hazırda Güvən Vəkil Bürosunda fəaliyyət göstərir. 2024-cü ilin iyun ayında Mediasiya Şurası üzvü seçilib, intizam komissiyasının üzvüdür. Bu, onun mediasiya sahəsindəki peşəkarlığının və təcrübəsinin tanınmasıdır. Esmira xanım Bakı 14 Saylı Mediasiya Təşkilatında mediator kimi fəaliyyət göstərib. Esmira xanım hazırda 23 saylı Mediasiya Təşkilatının təsisçi rəhbəridir. Esmira Rzayeva AzTV, Empa TV, Kanal S, Səhiyyə TV (STV), Dünya TV, Xəzər TV, ARB, ARB 24, ATV, MTV, APA TV, Real TV, Baku TV, Space TV, İctimai TV və bir sıra televiziya proqramlarında hüquq eksperti kimi çıxış edib.
O, hüquqi biliklərini təkcə məhkəmə zallarında deyil, mediasiya otaqlarında, vətəndaş görüşlərində və televiziya ekranlarında da cəmiyyətin rifahına xidmət üçün istifadə edir. Onun yorulmadan apardığı iş, ədalətin daha əlçatan, insan münasibətlərinin daha sağlam və dinc yollarla həll olunmasına töhfə verir.
Esmira Rzayeva hüquq və mediasiya sahəsindəki peşəkarlığı, tədris və ictimai fəaliyyətləri ilə cəmiyyətə dəyərli töhfələr verir. Onun çoxşaxəli fəaliyyəti və peşəkarlığı onu hüquq sahəsində nüfuzlu simalardan birinə çevirir.
Esmira Rzayeva təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də mediasiyanı uğurla təmsil edir. Onun təmsilçiliyi bilik, nüfuz və etibarın harmoniyasına əsaslanır. Həmkarları və vətəndaşlar tərəfindən sevilməsi, onun səmimi yanaşmasının və peşəkarlığının bariz nümunəsidir.
Esmira xanımın timsalında biz təkcə uğurlu hüquqşünası yox, həm də mediasiya hərəkatının canlı simasını görürük. O, hər zaman "münaqişədən dialoqa" gedən yolda insanlara doğru yolu göstərir.
Onun uğurları təkcə şəxsi deyil, bütün mediasiya ailəsinin uğurudur! Onun kimi maarifçi, enerjili və uzaqgörən qadınlar sayəsində bu sahə sürətlə inkişaf edir, ictimai etimad qazanır
Esmira xanımın hər bir titulu, sadəcə vəzifə deyil, məsuliyyətin, zəhmətin və xidmətin göstəricisidir.
BakuNews.az
Aknews.az