Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mədəniyyət və informasiya naziri Aida Balayevanın baş nazirin müavini təyin edilməsi haqqında fərman imzalayıb.
Qeyd edək ki, daha əvvəl məclis nazirin bu vəzifəyə namizədliyini təsdiqləmişdi.
Aida Balayeva 2023-cü ilin sentyabrında Mədəniyyət və İnformasiya Nazirliyinin rəhbəri olub. Bundan əvvəl o, 2022-ci ildən 2023-cü ilə qədər Qazaxıstan Respublikası Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində çalışıb.
Aknews.az