Nərmin Salmanova Bakı Metropolitenində niyə işləmədi? - AÇIQLAMA


Teleaparıcı Nərmin Salmanova "Bakı Metropoliteni" QSC ilə əməkdaşlıq barədə xəbərləri təkzib edib.
Aknews.az xəbər verir ki, bu barədə Nərmin Salmanova sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, razılaşma bəzi şərtlərin dəyişdirilməsi səbəbi ilə pozulub.

"Televiziyadakı fəaliyyətimdən ayrılmağım metropolitenin təklifi fonunda, bu sahədə özümü sınamaq istəyi ilə bağlı oldu. Metropolitenlə uzun danışıqlardan sonra yekun razılıq əldə etsək də, işə çıxıb əmək müqaviləsini imzalayacağım gün mənim üçün vacib olan bəzi şərtlər dəyişdirildi. Bu səbəbdən əməkdaşlıq baş tutmadı. Beləliklə, orada çalışdığım barədə yayılan məlumat düzgün deyil. Hazırda müəyyən fasilədən sonra peşəkar planlarımı dəyərləndirirəm", - deyə o qeyd edib.

Xəbərlər