Binəqədi rayonu Dərnəgül qəsəbəsində ağacların “Körpü Bina Tikinti” MMC tərəfindən kütləvi şəkildə kəsildiyi bildirilir.
Müraciət edən sakinlərin sözlərinə görə, şirkət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin icazəsi olmadan ərazidə çoxsaylı ağacları kəsərək təbiətə ciddi ziyan vurub.
Şikayətçilər deyir ki, “KBT” MMC dekabrın 1-dən etibarən ərazidə ağacların kəsilməsinə başlayıb və narazılıqlara baxmayaraq proses dayandırılmayıb: “Dəfələrlə mane olmağa çalışsaq da, nəticə əldə edə bilməmişik”.
Vətəndaşlar şirkətin rəhbəri Xəlil Göyüşova müraciət edərək təbiətə dəyən ziyanın qarşısının alınmasını tələb ediblər.

