Abbas Abbasovla Ramiz Mehdiyev hansı CİNAYƏTLƏRƏ ŞƏRİK olub? – SENSASİON detallar


Cinayət işi üzrə toplanmış materiallar əsasında, Azərbaycan Baş nazirinin sabiq birinci müavini, uzun illər Ramiz Mehdiyevin müdafiəsi nəticəsində məsuliyyətdən kənarda qalmış Abbas Abbasovun qeyd olunan cinayət işi üzrə istintaqa cəlb edilməsi barədə qərar qəbul edilib, ölkə hüdudlarından kənarda olmaqla istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.

Abbas Abbasovla Ramiz Mehdiyev hansı CİNAYƏTLƏRƏ ŞƏRİK olub? – SENSASİON detallar


A. Abbasovun Mehdiyevlə hansı əlaqələri üzə çıxa bilər?

Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən siyasətçi Cavanşir Abbaslı bildirib ki, artıq R. Mehdiyev barəsində 3 aya yaxındır ki, məlum ev dustaqlığı qərarı verilib.

Siyasətçi qeyd edib ki, bu müddət ərzində yeni-yeni isimlərin onun işi ilə əlaqədar istintaqa cəlb olunduqlarının şahidiyik. Barələrində həbs qərarı verilmiş şəxslər də var. Eləcə də Abbas Abbasovun timsalında axtarışa verilən şəxslər də var. Ölkəyə deportasiyası gözlənilən şəxslər də var. Eləcə də Dövlət Təhlükəsizliyi Xidmətində dindirilib sərbəst buraxılan şəxslər də var. Bütün bunlar onu deməyə əsas verir ki, bu iş üzrə həbs dairəsi getdikcə genişlənəcək. Yeni-yeni isimlər istintaqa cəlb olunacaq. Və son qərar da bunu deməyə əsas verir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinə Milli Şuranın sədri Cəmil Həsənli ikinci dəfə çağırılıb və dindirilib. Eləcə də Milli Şuranın koordinasiya mərkəzinin üzvü Gültəkin Hacıbəylinin artıq Türkiyədən Azərbaycana deportasiya olunması barədə qərarın verilməsi bu iş üzrə bütün kartlar açılacaq.

Abbas Abbasovla Ramiz Mehdiyev əlaqəsinə toxunan siyasətçi vurğulayıb:

“Təbii ki, onların arasında əlaqənin olması tam mümkündür. Çünki R. Mehdiyevin Rusiya prezidenti Vladimir Putinə yazdığı məktub və planları üzə çıxdı. Demək ki, R. Mehdiyev Rusiyanın ən üst elitasında olan şəxslərlə dolayısıyla əlaqələri olub. Ölkədə daim hakimiyyət çevrilişi planı olub. Və bu işin içərisində yer alan əsas fiqur olub. A. Abbasov da xatırlayırsınızsa, 2012-ci ildə Azərbaycanda prezident seçkilərinə bir il qalmış Rusiyada yaradılan “Milyarderlər İttifaqı”nın təsisçisi və rəhbəri idi. Bu ittifaqın digər əsas fiquru R. İbrahimbəyov idi. R. İbrahimbəyov həmin dönəm üçün Milli Şuranın Azərbaycanda vahid namizədi elan olunmuşdu. Oun guya vətəndaşlıq probleminə görə namizədliyi Cəmil Həsənli ilə əvəz olunmuşdu. Bütün bunlara əsasən A. Abbasov birbaşa Azərbaycanda Rusiyayönümlü şəxsdir. Artıq 2006-cı ildən etibarən vəzifəsindən uzaqlaşdırılıb. 19 il keçib. Bu 19 il ərzində onun Azərbaycanda Rusiyayönümlü şəxslərlə birbaşa əlaqələrinin olması tam mümkündür. Onsuz da hakimiyyət daxilində bəzi şəxslər var ki, onların birbaşa Rusiya ilə əlaqələrinin olması uzun illərdir ki, səsləndirilir. “Od olmayan yerdən köz çıxmaz” deyilən bir məsələ var. İddialar, ittihamlar irəli sürülür. Zaman keçdikcə də bu şəxslər deşifrə olunacaqlar. El gözü tərəzidir. A. Abbasovun Azərbaycandakı çevriliş planının başında yet alan şəxslər sırasında R. Mehdiyevin gəlməsi mümkündür. R. Mehdiyev hazırda hakimiyyət daxilində də müəyyən qədər riçaqları qalan şəxsdir. Onun kadrlarından yüksək vəzifələrdə təmsil olunan şəxslərin də qaldığı istisna deyil. Bu təmizlənmə prosesi getdikcə davam edəcək. Sonda hər kəs layiq olduğu cəzanı alacaq.”

Aknews.az

Xəbərlər