Dekabrın 16-da səhər saatlarında Qusar rayon Hil kəndinin ərazisində yerləşən evdə kənd sakini 32 yaşlı Diana Təyibovanın üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.
Aknews.az Lent.az-a istinadən xəbər verir ki, polis tərəfindən keçirilən tədbirlərlə onu keçmiş əri, kənd sakini 35 yaşlı Asif Təyibovun münaqişə zəminində boğması və kəsici alətlə boğaz nahiyəsinə vuraraq öldürməsi müəyyən olunub və o saxlanılıb.
Faktla bağlı Qusar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırma aparılır.