Azərbaycanı sevən alimlər adından faktinfo.az-a göndərilən məlumatda bildirilir ki,Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Əminağa Sadıqovun Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26 dekabr 2025-ci il tarixli iclasında professorluq diplomu ləvğ edilib.
Faktinfo.az onu da xatırladır ki, bu barədə bir müddətdir ki, saytlara ictimailəşdirilməsi istənilən məlumatlar göndərilirdi. Sadəcə, məlumatın anonim olması, Əminağa Sadıqova göndərilən sorğuya cavab verməməsi səbəbindən bu barədə yazılmırdı.
Bu arada yerli KİV-ə göndərilən məlumatda deyilir:
Hörmətli Famil müəllim,
Sizə TƏŞƏKKÜR edirik! Biz əmin olduq ki,Siz obyektiv və ədalətlisiniz.
Azərbaycan elmi! Azərbaycanın həqiqi alimləri, gözünüz aydın olsun!
Saxta professor rektor Əminağa Sadıqovun professorluğu ləvğ edildi.
Ali Attestasiya Komissiyasının Ekspert şurasının rəyinə əsasən Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin 26 dekabr 2025-ci il tarixli iclasında saxta professor Əminağa Sadıqovun professorluq diplomu ləvğ edilmişdir. Bu münasibət ilə AAK sədrinə və kollektivinə öz təşəkkürümüzü bildiririk. Famil Musatafayevin cəsarətli addımı böyük nümunə oldu. AAK sədri bir daha nümayiş etdirdi ki, o dövlət başçımızın, Cənab Prezidentimizin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin inkişafı yolundakı fəaliyyətinin əsas prinsiplərindən biri olan obyektivlik və ədalətlilik prinsipinə sadiqdir.
AAK sədri professor Famil Mustafayev öz obyektivlik prinsipinə sadiq qalaraq, müraciətləri nəzərə alaraq saxta yollarla professor diplomu almış Əminağa Sadıqovun professorluq diplomunun ləvğ olunması barədə Ekspert şurasının rəyini dəstəklədi və Ə.Sadıqovun professorluq diplomu saxta olduğu üçün ləvğ edildi.
Hörmətli Famil müəllim, bir daha təşəkkür edirik. Eyni zamanda nəzərinizə çatdırırıq ki, Ə.Sadıqovun elmlər doktorluğu dissertasiyası Ukrayna alimlərinin əsərlərdən plagiyatdır. O məsələni də nəzərdə saxlamağınızı Sizdən xahiş edirik.
Hörmətli Emin müəllim,
Siz Əminağa Sadıqovun professorluğunun saxta olduğunu bildiyiniz halda Sumqayıt Dövlət Universitetinə rektor təyin etdiniz. Nazirlik mətbuatda açıqlama verib ki, 2025-ci ildə xaricdə təhsil alan 834 nəfərin diplomu tanınmayıb. Müxtəlif səbəblər əsas gətirilir. Amma saxta diplomlu adamı rektor təyin edirsiniz. Sizin təhsil siyasətiniz budur? Bir ölkənin dövlət universitetinin rektorunun diplomu saxtadırsa deyin görək elmin, təhsilin inkişfına kim zəmanət verər? Görün biz nə gündəyik ki, rektor, Agentliyin sədr müavini, AMEA-nın üzvü və s., və s. diplomunu saxta yolla alıb və diplom da saxta olduğu üçün ləvğ edildi. Həmin saxtakar da saxtakar ordusu, saxtakar müəllim, saxtakar alim yetişdirəcək. AAK sədri cəsarətli addım atdı, növbəti addımı Sizdən gözləyirik. Saxta professor Respublika Elmi Tədqiqatların Əlaqələndirilməsi şurasının üzvü necə ola bilər axı? Şurada mövzuları da diplomu kimi saxtakarlıqa təsdiq edəcək.
Hörmətli akademik İsa Həbibbəyli,
AAK tərəfindən 26 dekabr 2026-cı il tarixində saxta professor Əminağa Sadıqovun professorluq diplomu ləvğ edildi. Ə.Sadıqov AMEA-nın müxbir üzvüdur. Onun professorluğu ləvğ edildiyinə görə AMEA-nın üzvlüyündən çıxarılması məsələsində Sizdən AAK sədri kimi cəsarətli addım gözləyirik. Ramiz Mehdiyevlə bərabər Əminağa Sadıqov da AMEA-nın üzvlüyündən xaric edilməlidir. Ə.Sadıqov Azərbaycan elminə, Azərbaycan qanunlarına xəyanət edib.
Həm akademik İsa Həbibbəylidən, həm də nazir cənab Emin Əmrullayevdən Ə.Sadıqovla bağlı cəsarətli addım gözləyirik. Azərbaycan alimləri, Azərbaycan təhsil işçiləri, Azərbaycan elmi ictimaiyyəti, Azərbaycan ziyalıları sizdən cavab gözləyir. Cavab gözləyirik, saxta diplomlu adam necə rektor ola bilər, necə Agentlikdə rəhbər vəzifə tuta bilər, necə və necə AMEA-nın müxbir üzvü ola bilər? Bu Azərbaycan elmini, Azərbaycan alimini ələ salmaqdır. Nə zamana qədər siz saxtakarlara dəstək olacaqsınız? Bu davranış dövlətçiliyimizə xəyanətdir, dövlət ideologiyasına ziddir.
Allah dövlət başçımızı və xalqımızı qorusun. Biz sadə elm adamları Prezidentimizin və dövlətimizin yanındayıq. Prezidentimiz bu qədər sosial islahatlar apardığı dövrdə sizlər saxta professora illərdi professor pulu ödəyirsiniz və rəhbər vəzifələrə təyin edirsiniz.
Faktinfo.az-dan xatırlatma: Azərbaycanda təkcə Əminağa Sadıqovunmu professorluq diplomu saxtadır? Xeyir! Doktorluq dissertasiyası və professorluq diplomları plagiyat olan,Ukrayna alimlərinin müdafiə işini oğurlayan kifayət qədər alimlərimiz,rektorlarımız var.Araşdırılsın daha belə neçə rektor var və mətbuatda zamanla bu barədə nələr yazılıb.Doktorluq diplomunu almadan,professor diplomunu alan,Ukrayna alimindən köçürdən rektor kimdir? Önəmli olan odur ki,alimlər arasında sağlamlaşma işi davam etməlidir,müzakirələr aparılmalıdır.
Faktinfo.az
Aknews.az