Azəriqaz İB Baş direktoru cənab Azər Məmmədov, ölkənin əmək qanunvericiliyinə hörmətlə yanaşın !
Mən, Bədəlova Gülsabah Şahbaz qızı, Qubadlı rayonundan olan məcburi köçkünəm. Həyat yoldaşım Bədəlov Namiq Mustafa oğlu Ağdam rayonundandır, müharibə əlili, II qrup əlildir. Ailə vəziyyəti ilə əlaqədar olaraq onun qeydiyyatında yaşayıram. Eyni zamanda, həyat yoldaşım “Dəmir Yumruq” Müharibə Veteranlarına Dəstək İctimai Birliyində sədr müavini vəzifəsində çalışaraq dövlətimizi və dövlətçiliyimizi daim dəstəkləyən ictimai fəaliyyətlə məşğul olur. Bir övladım var, ali məktəbdə təhsil alır. Ailəmizin maddi vəziyyəti ağırdır, kredit öhdəliklərim mövcuddur.
33 il Azəriqaz İstehsalat Birliyində, o cümlədən 104 Çağrı Xidmətində telefonçu vəzifəsində çalışmışam. Daha sonra ali təhsilim olmadığı əsas gətirilərək razılığım olmadan vəzifəm dəyişdirilmiş,çilingər vəzifəsinə keçirilmiş və maaşım azaldılmışdır. Halbuki eyni vəziyyətdə olan digər işçilərə maaşları saxlanılmaqla uyğun işlər verilmişdir.
Dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə əvvəlki əməkhaqqıma uyğun vəzifə təklif olunmamışdır. Bu hal əmək hüquqlarımın pozulması və ayrı-seçkilik kimi qiymətləndirilir.
Mirvari Gahramanli
TEREF
Aknews.az