“Azercell” abunəçisi iddia edir ki, sözügedən telekom artıq abunəçilərin balansından mb-ları da oğurlayır.
Aknews.az xəbər verir ki, bu barədə sosial şəbəkədə Ruslan Məmmədli yazıb. O bildirib ki, “Azercell”in oğurluğunu özü müşahidə edib:
“Dostlar, hamının xəbəri olsun:
“Azercell” artıq mb oğurlayır. Özüm ölçmüşəm. Əvvəllər 1 gb-la bir qısa filmə rahat baxırdıqsa, indi gb-lar 5 dəfə tez bitir.
Allah bəlasını versin bütün oğruların.
Son 10 gündə 2 dəfə 7 gb-lıq paket götürmüşəm, yenə yoxa çıxıb. Halbuki əvvəllər belə şey yox idi.
Ölün qurtarın!”.
Məsələ ilə bağlı “Azercell” ilə əlaqə saxlamağa çalışdıq. Lakin cəldlərimiz alınmadı. Sözügedən telekomun mövqeyini işıqlandırmağa hazırıq.

