Ülvi Babayev "Dinamo Moskva" ilə müqaviləsini uzatdı


"Dinamo Moskva" klubu hücumçusu Ülvi Babayevlə müqaviləsinin müddətini uzadıb.

Ülvi Babayev klubla 2029-cu ilin yayına qədər müqavilə imzalayıb. Müqavilənin müddətini daha bir mövsüm - 2030-cu ilin yayına qədər uzatmaq hüququ da var.

Qeyd edək ki, Ü.Babayev Ximkidə anadan olub. 10 yaşında "Dinamo"nun Akademiyasına qəbul olunub və daha sonra Klub Liqasında, UFL-2 və Gənclər Çempionatında fərqlənib. O, 2021-ci ilin sentyabrında "ağ-göylər"in ikinci komandasında oynamağa başlayıb və növbəti mövsümə qədər "Dinamo-2"nin liderlərindən və ən çox qol vuran oyunçularından birinə çevrilib.

Daha sonra əsas komanda ilə məşqlərə başlayıb və 2023-cü ilin iyun ayında debüt edib. O, ötən mövsümü icarə əsasında "Krılya Sovetov"da keçirib, daha sonra doğma klubuna qayıdıb və cari mövsümün ilk yarısında 15 oyunda beş qol vurub. 2025-ci ilin noyabr ayında Rusiyanın 21 yaşadək futbolçulardan ibarət milli komandasında debüt edən futbolçu üç oyunda üç dəfə fərqlənməyi bacarıb.

Aknews.az

Xəbərlər