Azərbaycanın müstəqilliyini əldə etdikdən sonra itirilən ərazilərimizin bütövlüyünü bərpa etmək üçün apardığımız illər sürən mübarizənin müsbət nəticəsini əldə etmək ən böyük uğur və fəxrdir. Bu tarixi anların şahidi olmaq, onu yaşamaq bir Azərbaycan vətəndaşı kimi hər birimizə xüsusi qürur verir. Təsəvvür edin, 1988 ci ildə ermənilərin Qarabağ torpağında canlı tarix olan Topxana meşəmizə qarşı vəhşi münasibəti bu savaşın qığılcımı idi. Adi bir külək bu qığılcımı alovlandırmağa yetərdi. Namərd qonşularımız olan ermənilər bunu bacardı.
Torpaqlarından didərgin düşən, ağır şəraitdə ən gözəl illərini fəda edən, vətən həsrətilə alışıbürəyində vətən nisgili ilə köçən insanlar, onların həsrətinə son qoymaq üçün canlarından keçən igid oğullarımız . Düz, 30 ildən çox yol gəldik. Amma səbrlə, təmkinlə.
Yenicə qurulmuş müstəqil Azərbaycan hələ ilk addımlarını atırdı o dövrdə. Belə bir zamanda xəyanətlə qarşılaşmışdı. Nə yaxşı ki, Azərbaycana sahib çıxan ulu öndərimiz Heydər Əliyev var idi. 1994cü ilin may ayında atəşkəs müqaviləsinin bağlanmasına nail oldu. Beləliklə, Azərbaycan öz inkişaf strategiyası ilə yanaşı torpaqlarımızın da sülh yolu ilə qaytarılması üçün mübarizəyə qoşuldu. Biz, bunun üçün çalışdıq, mübarizə apardıq. Düşmənsə öz düşmənliyini göstərdi.
27 sentyabr 2020 ci ildə öz ərazi bütövlüyümüzün bərpası üçün bir olub, , dəmir yumruq olub, Ali Baş Komandanımızın ətrafında birləşib, savaşımıza başladıq və 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdik. Ali Baş Komandanımızın ağıllı və uzaqgörən siyasəti nəticəsində Ağdam, Laçın , Kəlbəcər və Qarabağın vuran ürəyi Xankəndi döyüşsüz azad olundu. Bu, Azərbaycanın dünya qarşısında ən böyük imtahanı və qələbəsi idi. Ali Baş Komandanımız atası, Ulu Öndərimiz Heydər Əliyevin vəsiyyətini yerinə yetirmişdi. Bundan böyük qürur ola bilməzdi.
Artıq Azərbaycanın qarşısında azad olunmuş torpaqlarımızın bərpası, abadlaşdırılması, gözləri yollarda qalan vətəndaşlarımızın öz dədə-baba torpaqlarına qaytarılması məsələsi dayanmışdı. Bunun adı "Böyük Qayıdış" idi. Beş il əvvələ qədər bizim üçün ən vacib məsələ torpaqlarımızın işaldan azad edilməsi idi. İndi isə qarşımızda işğaldan azad olunmuş torpaqlarımıza Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanırdı.
Artıq azad olunmuş torpaqlarımızda əsaslı quruculuq işləri tam sürətlə davam edir. Erməni vandalizminin qurbanı olan tarixi abidələrimiz bərpa olunur, işğal altında olduğu müddətində daşı-daş üstdə qalmayan şəhərlər yenidən qurulur. Bu illər ərzində bərpa olunub,istifadəyə verilən Güləbird Su-Elektrik Stansiyası, 7 yarımtsansiya, Suqovuşan və Talışa gedən yollar istifadəyə verildi, Zəfər yolu, Füzuli Beynəlxalq Hava Limanı, Ağalıda "Ağıllı kənd" kimi nəhəng və möhtəşəm layihələr tam başa çatdırıldı. Şuşanın su və elektrik təchizatı təmin edildi, Bülbülün ev-muzeyi, Molla Pənah Vaqifin məqbərəsi, o cümlədən büstü,mədəniyyətimizin sütunu olan Üzeyir bəy Hacıbəylinin heykəli, Xarıbülbül və Qarabağ hotellərinin açılışı zəfər tariximizin şanlı səhifələrinə yazıldı. 20 oktyabr 2022 ci ildə açılışında Prezident İlham Əliyev və Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın da Zəngilan Beynəlxlaq Hava Limanı da qısa müddət ərzində həyata keçirilən möhtəşəm layihələrdən biridir.
2021-ci ilin aprel ayında tikintisinə başlanılan beynəlxalq hava limanı İkinci Qarabağ müharibəsində işğaldan azad edilmiş ərazilərdə inşa edilən ikinci beynəlxalq hava limanıdır. Hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkanlar yaradır. Ermənilər tərəfində vandalizmin qurbanı olan şəhərlərdən biri də Ağdam şəhəridir. Ermənilər Ağdamda daşı daş üstə qoymayıblar. Şəhər sözün əsl mənasında viran qalıb. Şəhərdə və ətraf kəndlərdə ağaclar, bütöv meşə zolağı kəsilərək məhv edilib. Ağdamda 120-125 minlik əhali tutumu olan müasir ağıllı şəhərin salınmasına başlanılıb. Qarabağ xanlığının banisi Pənahəli xanın sarayının yerləşdiyi İmarət kompleksi, Xurşudbanu Natəvanın qəbirüstü abidəsi, Ağdam Cümə Məscidi yenidən bərpa olunub.
Bütün bunlarla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda işğaldan azad edilmiş bütün əraziləri əhatə edən yol şəbəkəsi yenidən qurulur. Əhmədbəyli-Füzuli-Şuşa, Füzuli-Hadrut, Hadrut-Cəbrayıl-Şükürbəyli,
Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd, Bərdə-Ağdam, Toğanalı-Kəlbəcər-İstisu, Kəlbəcər-Laçın, Xudafərin Qubadlı, Laçın, Qubadlı-Eyvazlı, Füzuli-Ağdam yolları ən müasir standartlar səviyyəsində inşa olunub. Bu yolların bir qismi ən mürəkkəb relyef şəraitində inşa olunur.
Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması məqsədilə işlər tam sürətlə davam edir. Mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrə, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək və hava limanı ən müasir səviyyəyə çatdırılacaq.
Artıq Qarabağımızda işıqlar yanır, evlərdən körpə səsi gəlir. 2022 ci il iyulun 19-da Azərbaycanın işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı kəndinə sakinlərin köçürülməsi baş tutdu. 30 il dogma yurdlarına qovuşmaq həsrəti ilə yaşayan 10 məcburi köçkün ailəsninin Masazırdakı şəhərcikdən Ağalı kəndinə köçürülməsi "Böyük Qayıdış"ın ilk qədəmləridi.
2023 cü ilin 27 mayında Laşəna ilk köç başladı. 30 Laçınlı ailədən ibarət köç karvanı öz dogma yurdlarına yola salındı. Bu möhtəşəm qayıdış sonrakı dövrdə də davam etdi. Həmin ilin 18 avqustunda paytaxtın Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Füzuli şəhərinə ilk köç karvanı yola salınıb .Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda müvəqqəti məskunlaşmış 23 ailə - 90 nəfər bundan sonra doğma yurdlarında yaşamağa başlayıb.
Bu qayıdış ardıcıllıqla davam edəcək, hər bir sakinimiz öz doğma torpaqlarında yaşayacaq. Xankəndi Universitetinin bərpası və gənclərimizin orada təhsil alması Azərbaycanın elmə, təhsilə göstərdiyi ən böyük dəyərin göstəricisidir. 2024 cü ildə tələbə qəbulu zamanı bu adı qazanan gənclərimiz təhsilini Qarabağ torpağında. Xankəndi Universitetində 5 fakultə üzrə davam etdirir.
Bir sözlə, Qarabağ yenidən yaşayır, yaradır. Bundan sonra qoy, doğma Qarabağımızdan ancaq musiqi, muğam sədaları gəlsin.
Səməd Vurğun demiş:
Axşamüstü qoy uzaqdan,
havalansın Xanın səsi,
Qarabağın şikəstəsi.
Müəllif: Məmmədli Məsumə Eyvaz qızı