Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Əhməd Mehbalıyev küçəsində güclü külək nəticəsində “Darvaz MMC” MTK-nın yeni tikilən binasından kərpic daşları qoparaq yaxınlıqda yerləşən evin üzərinə düşüb. Nəticədə evin dam örtüyü zərər görüb. Bununla bağlı sakinlər redaksiyamıza müraciət ediblər. Vətəndaşların sözlərinə görə, binanın tikintisində işləyən işçilərdən biri onların həyətinə düşən kərpicləri yığmağa gəlib və bu zaman onun da üzərinə kərpic qırıntıları düşüb. Onlar bildirirlər ki, bənzər hadisə aprel ayında yaşanıb.
“Darvaz MMC” adlı MTK-nın sahibi Faiq Namazovdur.
Aknews.az