Son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədovun qaynı işdən çıxarılıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, Bəhman Hüseynli bir müddət öncə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzindəki mütəxəssisi vəzifəsindən ayrılıb.
O, 2025-ci il dekabr ayının 12-də öz ərizəsi ilə vəzifəsindən uzaqlaşdırılıb.
Qeyd edək ki, yanvar ayının 22-də Gəncə şəhər Məhkəməsində Kamran Əsədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Məlum olub ki, K.Əsədovun qaynı Bəhman Hüseynli məhkəməyə getməməsi üçün şahidə təzyiq göstərirmiş. B.Hüseynli həm də Kamran Əsədovun köməkçisi olub.
Onun şahidlərə hansı səbəbdən təsir etdiyi soruşulub, lakin B.Hüseynli hakimin sualına tam cavab verə bilməyib.
Aknews.az