Şəmşad Ağaya anasının dəfnində iştirak icazəsi verildi


“Arqument.az” saytının baş redaktoru Şəmşad Ağayevin anasının dəfn mərasimində iştirakı etməsi ilə bağlı məhkəməyə daxil olan təqdimata baxılıb.

Musavat.com xəbər verir ki, bu barədə vəkil Cavad Cavadlı sosial şəbəkə hesabında yazıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə təqdimat təmin edilib. Məhkəmə təqdimatı təmin edib və Şəmşad Ağayevin dəfn mərasimində iştirak etməsinə icazə verilib. Təqdimatda qeyd olunub ki, Ağayev anası Zərifə Ağayevanın Lerik rayonunun Şilvə kəndində keçirilən dəfn və yas mərasimində iştirakına görə, üç gün icazə verilib. Qərarın icracı Ədliyyə Nazirliyi Penitensiar Xidmətə və Daxili İşlər Nazirliyinə həvalə olunub.

Xatırladaq ki, Şəmşad Ağayevin anası yanvarın 28-də vəfat edib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında "Meydan TV" əməkdaşları – Ramin Cəbrayılzadə (Ramin Deko), Aynur Qəmbərova (Elgünəş), Aytac Əhmədova (Tapdıq), Aysel Umudova, Xəyalə Ağayeva, Natiq Cavadlı və Ülvi Tahirov saxlanılıblar. Daha sonra isə 2025-ci ilin fevralın fevralın 5-də “Arqument.az” saytının rəhbəri Şəmşad Ağayev (Şəmşad Ağa) “Meydan TV işi” üzrə şübhəli şəxs qismində saxlanılıb. Fevralın 20-də Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də isə Ülviyyə Əli saxlanılıblar.

Daxili İşlər Nazirliyinin yaydığı məlumatda adıçəkilən şəxslərin ölkəyə qanunsuz xarici valyuta gətirməklə bağlı daxil olan məlumat əsasında saxlanıldıqları bildirilib. Onlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib. Mühakimə olunan şəxslərin hər biri ittihamları qəbul etmir, onlar özlərini təqsirli bilməyiblər.

Aknews.az

Xəbərlər