Bu gün general rütbəsi alan şəxslər kimdir?


Xəbər veriyimiz kimi, Prezident İlham Əliyevin Sərəncam ilə Dövlət Gömrük Komitəsinin əməkdaşlarına ali xüsusi rütbələr verilib.
Aknews.az "Unikal"a istinadla bildirir ki, "gömrük xidməti general-mayoru" ali xüsusi rütbəsi verilən şəxslər Dövlət Gömrük Komitəsi sədrinin müavini Fuad Məmmədov, Bakı Baş Gömrük İdarəsinin rəisi Elmir Ramazanov və DGK-nin Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi Fuad Aslanovdur.

General rütbəsi alan 34 yaşlı Fuad Məmmədov Azərbaycan Respublikası Prezidentinin 12 mart 2025-ci il Sərəncamı ilə Dövlət Gömrük Komitəsi sədrinin müavini təyin edilib. 2021-ci ildən etibarən Azərbaycan Respublikasının Ümumdünya Ticarət Təşkilatına üzvolma danışıqlarında Komitəni təmsil edir.

38 yaşlı Elmir Ramazanov 2023-cü ildə Bakı Baş Gömrük İdarəsinin rəisi təyin olunub. O bundan əvvəl Dövlət Vergi Xidmətində çalışıb.

47 yaşlı Fuad Aslanov 2022-ci ildə idarə rəisi vəzifəsinə gətirilib. O bundan əvvəl müxtəlif şirkətlərdə rəhbər vəzifədə işləyib.

Xəbərlər