Narkotik satan dəstənin işi Ali Məhkəmədə - Başçıları qadın, üzvlərdən biri dünya çempionu olub


Qanunsuz narkotik dövriyyəsi, qaçaqmalçılıq və cinayət yolu ilə əldə olunmuş pulları leqallaşdırmaqda ittiham edilən 20 nəfərdən 17-nin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə başlayıb.
Aknews.az Pravda.az-a istinadən xəbər verir ki, şikayət hazırda Ali Məhkəmədə araşdırılır.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 nəfərdən yalnız 3 nəfərə həbslə bağlı olmayan cəza verilib. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. 17 nəfər isə müxtəlif müddətlərə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2021-ci ildə xüsusi əməliyyatla həbs olunublar. İri həcmli iş üzrə məhkəmə araşdırması da uzun müddət davam edib.

İttihama görə, ölkə daxilində narkotik vasitələrin satışından əldə olunan pul vəsaitlərinin toplanaraq deyilən ünvanlara çatdırılmasına Fərqanə Nağıyeva rəhbərlik edib. Onun həyat yoldaşı Adəm Nağıyev, eləcə də dəstəyə daxil olan daha 18 nəfər - Əli Ağayev, Abbas Məhərrəmov, Naib Abdullayev, Rüzgar Qəribov, Rəhim İbrahimov, Kamil Məmmədov, Əminə Yusifova, Cavid İsmayılov, Məcid Hüseynov, Orxan Cəfərov, Orxan Fərəcli, Yavər Həsənov, Elman Əliyev, Əliqulu Bayramov, Orman Səfərov, Mirsəid Əliyev, Ramiz Nağıyev və Toğrul Əbdüləzimov ölkə ərazisində müxtəlif şəxslərə aid narkotik vasitələrin satışı zamanı istifadə edilən 2 minə yaxın kart hesabı açıblar.

Təqsirləndirilən Orxan Səfərov məhkəmədə deyib ki, 2008-ci ildən idmanla məşğul olub. Həmin il dünya çempionu olub, sonradan "Dinamo" idman mərkəzində məşğələlərdə iştirak edib.

Xəbərlər