Kolumbiyada təyyarə qəzaya uğrayıb: 15 nəfər ölüb


Kolumbiyada daxili reys həyata keçirən təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Noticias Caracol" telekanalı məlumat verib.

Qeyd olunub ki, Kukuta-Okanya marşrutu üzrə uçuş həyata keçirən təyyarənin göyərtəsində 15 nəfər - 13 sərnişin və 2 ekipaj üzvü olub. Qəza nəticəsində sağ qalan olmayıb.

Həlak olanlar arasında Kolumbiya parlamentinin deputatı Diogen Kinteronun da olduğu bildirilib.

Aknews.az

Xəbərlər