Binəqədidə neft çıxan yerdə tikinti aparılır — VİDEO


Binəqədi rayonunda neft yatağı olan ərazidə tikinti işlərinin aparıldığı iddia olunur.
Bizimesr.az -ın məlumatına görə, ərazinin SOCAR-a məxsus olduğu və şirkət tərəfindən hərraca çıxarıldığı bildirilir.

Rövşən Nəcəfovun yayılan məlumatlarda ərazinin hərraca çıxarılması ilə bağlı adı hallanır. Tikinti işlərinin başlanması isə ərazinin statusu və mülkiyyət hüquqları ilə bağlı suallar doğurur.

Məsələ ilə bağlı SOCAR və yerli idarəetmə qurumlarından rəsmi açıqlama hələlik verilməyib.

Hadisə ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlasaq da, cavab verilməyib. Hadisənin gedişatı, tikintinin növü və ərazinin gələcək istifadəsi barədə məlumatlar dəqiqləşdirildikcə xəbər yenilənəcək.

Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu yollamışıq, lakin hələ cavab verilməyib. Cavab verildikdən sonra qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


Aknews.az

Xəbərlər