Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına bu gün yekun vurulacaq.
Aknews.az xəbər verir ki, günün ilk matçında "Şamaxı" doğma meydanda "Qarabağ"ı qəbul edəcək.
Matç Şamaxı şəhər stadionunda, saat 14:30-da start götürəcək. Cütün qalibi yarımfinalda "Sabah" - "Qəbələ" duelinin (ilk oyun - 0:0) güclüsü ilə görüşəcək.
Günün növbəti oyununda isə "Turan Tovuz" və "Kəpəz" komandaları qarşı-qarşıya gələcək. Oyun saat 19:00-da "Azersun Arena"da təşkil olunacaq. Bu cütdə sevinən tərəf növbəti raundda "Sumqayıt" - "Zirə" qarşılaşmasının (ilk oyun - 0:0) qalibi ilə münasibətlərə aydınlıq gətirəcək
Azərbaycan Kuboku
1/4 final
5 fevral
14:30. "Şamaxı" - "Qarabağ"
Hakimlər: Kamranbəy Rəhimov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Murad Səlimov.
VAR: Rauf Cabarov.
AVAR: Emin Əliyev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Şamaxı şəhər stadionu.
19:00. "Turan Tovuz" - "Kəpəz"
Hakimlər: Əli Əliyev, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Elvin Bayramov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Teymur Teymurov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.
"Azersun Arena".
Qeyd edək ki, 1/4 final mərhələsinin cavab matçları martın 3-4-də baş tutacaq.