Qurban Qurbanov: "Sabah" beşinci yeri tutmağa layiq deyildi"


"Azərbaycan Kubokunun final matçı hamı üçün vacibdir".
Aknews.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun final oyunundan əvvəl keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis mayın son günü "Sabah"a qarşı keçirəcəkləri final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Oyun neytral meydanda baş tutacaq. Yaxşı oyun sərgiləmək niyyətindəyik. Kubok əlavə prestijdir. Finalda da yaxşı nəticə əldə etmək istəyirik. "Sabah" yaxşı təşkilatlanmış komandadır. İddialıdır. Premyer Liqada beşinci yeri tutmağa layiq deyildi. Daha yuxarı pillələrdə ola bilərdi".

Qeyd edək ki, mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək.

Xəbərlər