Əli Kərimlinin həbsdə olan mühafizəçisi ifadə verdi


AXCP sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.

Daha sonra zərərçəkmiş və bir neçə şahid ifadəsi dinlənilib.

Növbəti proses fevralın 27-də davam edəcək.

Qeyd edək ki, N.Tağıyev Cinayət Məcəlləsinin 178.2.3-cü (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham edilir.

İttihama görə, o, ev alqı-satqısında vasitəçiliklə məşğul olarkən mənzil satışı adı ilə Nicat adlı şəxsdən 71 min manat alıb, lakin vədinə əməl etməyib.

Aknews.az

Xəbərlər