Şamaxı rayonunda yol təsərrüfatı ətrafında səsləndirilən iddialar artıq təkcə yerli narazılıq deyil, ölkə miqyasında diqqət çəkən qalmaqala çevrilib. Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin rəhbəri Nazim Eynallı ilə bağlı irəli sürülən şər və böhtan, eləcə də dövlət vəsaitinin təyinatdan kənar xərclənməsi iddiaları cəmiyyətin haqlı suallarını doğurur.
Telexeber.az-ın rəhbəri Vasif Həsənov bildirir ki, Nazim Eynallı onu əsassız ittihamlarla polisə verərək qorxutmaq və susdurmaq istəyib. Məlumata görə, 18 yanvar tarixində Nazim Eynallı hüquq-mühafizə orqanlarına müraciət edərək guya Vasif Həsənovun ona hədə-qorxu gəldiyini, şantaj etdiyini və dəfələrlə pul tələb etdiyini iddia edib.
Lakin diqqətçəkən məqam odur ki, bu iddialar indiyədək heç bir sübutla təsdiqlənməyib.
Pul köçürmələri, “şahid” və sübutsuz iddialar
Nazim Eynallının ərizəsində yer alan iddialar daha ciddi suallar yaradır. Onun iddiasına görə, guya qorxu içində olduğu üçün Vasif Həsənovun bank hesabına dəfələrlə 200 manat məbləğində pul köçürüb, hətta bir dəfə Şamaxı rayonunda Şahin Rəcəbovun şahidliyi ilə 200 manat nağd pul verib.
Ortaya çıxan suallar isə cavabsız qalır:
Əgər ortada real şantaj və hədə-qorxu faktı varsa, niyə bu günə qədər sübut olunmayıb?
Niyə iddia edilən şahid ifadələri hüquqi nəticə doğurmayıb?
Niyə bu qədər “ciddi” ittihamlar kağız üzərində qalır?
Telexeber.az bildirir ki, bu iddiaların əsassız olduğunu göstərən faktlar redaksiyanın YouTube kanalında video formatda ictimaiyyətə təqdim olunub.
Köhnə himayə getdi, suallar qaldı
Məsələnin ən diqqətçəkən tərəflərindən biri də Nazim Eynallının uzun müddət arxalandığı iddia edilən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) keçmiş İdarə Heyətinin sədri Saleh Məmmədovun Prezident İlham Əliyevin sərəncamı ilə vəzifəsindən azad edilməsidir.
İndi isə AAYDA-ya Prezidentin sərəncamı ilə Vüsal Zakir oğlu Nəsirli sədr təyin olunub. Cəmiyyət haqlı olaraq soruşur:
? Nazim Eynallı ilə bağlı iddialar yeni sədrin dövründə araşdırılacaqmı?
? Yoxsa bu qalmaqal da ört-basdır ediləcək?
“Duzlu qum”, yoxsa torpaq? Dövlət vəsaiti hara gedir?
Məqalədə yer alan ən ağır ittihamlar dövlət vəsaitinin istifadəsi ilə bağlıdır. İddialara görə:
Buzlu yollara kənardan torpaq atılaraq bunun “duzlu qum” adı ilə sənədləşdirilməsi,
Qar örtüyündən təmizlənməmiş yollara torpaq səpilməklə guya yol hərəkətinin təmin olunması,
Xüsusi texnika ola-ola işçilərin şaxtalı, soyuq havada bel və kürə ilə magistral yollara çıxarılması,
Bu görüntülərin isə “uğurlu iş” kimi WhatsApp statuslarında paylaşılması
— bütün bunlar dövlət vəsaitinin səmərəliliyinə ciddi şübhələr yaradır.
Mətbuat xidməti susur
Telexeber.az-ın verdiyi məlumata görə, AAYDA-nın mətbuat xidmətinin rəhbəri Anar Nəcəfliyə dəfələrlə zəng və yazılı müraciətlər edilsə də, heç bir cavab verilməyib. Bu susqunluq isə ictimaiyyətdə belə bir fikir formalaşdırır:
? Doğrudanmı bu iddialara cavab yoxdur?
Bu mövzu bağlanmır
Telexeber.az bəyan edir ki, bu məsələ nə unudulacaq, nə də bağlanacaq. Redaksiya dövlət vəsaitinin bir qəpiyinin belə göyə sovrulmasına, şər və böhtan yolu ilə medianın susdurulmasına imkan verilməməli olduğunu vurğulayır.
İndi sual artıq açıqdır:
? Nazim Eynallı ilə bağlı iddialara kim və nə vaxt hüquqi qiymət verəcək?
? Yeni sədr Vüsal Nəsirli bu qalmaqala hansı mövqedən yanaşacaq?
Baş Prokurorluğa və Hesablama Palatasına AÇIQ ÇAĞIRIŞ
Telexeber.az olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğunu və Hesablama Palatasını Şamaxı rayon 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin fəaliyyəti ilə bağlı səsləndirilən iddiaları təcili və obyektiv şəkildə araşdırmağa çağırırıq.
Söhbət təkcə bir məmurla media nümayəndəsi arasındakı mübahisədən getmir. Burada:
şər və böhtan yolu ilə jurnalistə təzyiq iddiaları,
dövlət vəsaitinin “duzlu qum” adı altında sənədləşdirilməsi ehtimalları,
texniki normaların pozulması,
işçilərin təhlükəsizlik və əmək şəraitinin sual altında qalması
kimi ictimai maraq daşıyan ciddi məsələlər mövcuddur.
Baş Prokurorluqdan xahiş edirik:
Nazim Eynallı tərəfindən irəli sürülən iddiaların hüquqi əsaslarını,
sübuta yetirilməmiş ifadələrin yalan məlumat verilməsi baxımından qiymətləndirilməsini,
media nümayəndəsinə qarşı təzyiq cəhdlərinin olub-olmadığını araşdırsın.
Hesablama Palatasından isə tələb edirik:
Şamaxı rayonunda yol təsərrüfatına ayrılan vəsaitlərin,
“qum-duz qarışığı”, texnika istifadəsi və görülən işlərin sənədlərlə faktiki vəziyyətinin uyğunluğunu,
dövlət vəsaitinin səmərəli xərclənib-xərclənmədiyini yoxlasın.
Cəmiyyət cavab gözləyir.
Şəffaflıq varsa — ortaya qoyulsun.
Pozuntu varsa — hüquqi qiymət verilsin.
Telexeber.az olaraq bildiririk ki, bu mövzu nə unudulacaq, nə də bağlanacaq. Araşdırmalar davam edəcək.
https://telexeber.az/gundem/20568-19-sayl-xususi-tyinatl-yol-istismar-mmc-nin-rhbri-telexeberaz-n-rhbrini-rlmk-istyir.html
Telexeber.az
Aknews.az