Kütləvi ixtisar , yeni formatda - hədə qorxu gəlməklə, psixoloji təzyiq və s.vasitəsilə işçiyə məcburi işdənçıxma ərizəsinin yazdırılması!


Ölkədə işsizliyin artmasına rəvac verənlər!
Kütləvi ixtisar , yeni formatda- hədə qorxu gəlməklə, psixoloji təzyiq və s.vasitəsilə işçiyə məcburi işdənçıxma ərizəsinin yazdırılması!
TEREF yazır ki, bunu Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Gahramanli yazır. Daha sonra Mirvari xanım yazır:
Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Prezidenti Rövşən Nəcəf cənablarına
Şikayətçi: Hüseynov Elvin Rəfael oğlu
Əlaqə: 055-639-95-95
Ünvan: Xəzər rayonu, Binə qəsəbəsi
ŞİKAYƏT MƏKTUBU
Hörmətli Rövşən Nəcəf cənabları!
Mən, Hüseynov Elvin Rəfael oğlu, Sizə müraciət edərək bildirirəm ki, mən Sizin hüquq məsələri üzrə müşaviriniz Eldar Orucova məxsus SOCAR-ın mühafizəsini həyata keçirən "Security Operation Services" MMC şirkətində Növbə rəisi vəzifəsində çalışmışam.
İşlədiyim müddət ərzində üzərimə düşən vəzifə öhdəliklərini vicdanla və məsuliyyətlə yerinə yetirmiş, işimlə bağlı hər hansı intizam pozuntusuna yol verməmişəm. Buna baxmayaraq, şirkətə yeni təyin olunan direktor Firuz Bayramov "Eldar müəllimin göstərişini yerinə yetirirəm!" deyərək mənə qarşı qərəzli və əsassız mövqe nümayiş etdirmişdir.
Belə ki, direktor Firuz Bayramov tərəfindən şirkət daxilində kütləvi ixtisar prosesinə başlanılmış, bu proses çərçivəsində işçilərə qarşı psixoloji təzyiq və hədə-qorxu hallarına yol verilmişdir. Həmin proses zamanı direktor Firuz Bayramov heç bir əsaslı səbəb göstərmədən, mənə qarşı hədə-qorxu gələrək, guya barəmdə mənfi hallar mövcud olduğu iddiası ilə məni şərləmiş və işdən azad olunacağımı bildirmişdir. O, məni məcbur edərək, guya öz könüllü ərizəm əsasında işdən çıxmağımı tələb etmiş, əks halda isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddələri ilə (əsassız olaraq) işdən azad ediləcəyimlə hədələmişdir.
Qeyd etmək istəyirəm ki, bu addım tamamilə qanunsuzdur və mənim əmək hüquqlarımın kobud şəkildə pozulmasıdır. Mən öz istəyimlə işdən çıxmaq niyyətində olmamışam və yazılan ərizə psixoloji təzyiq və hədə-qorxu altında alınmışdır.
Bildirmək istəyirəm ki, qeyd olunan direktor Firuz Bayramov tərəfindən son bir ay ərzində şirkət daxilində ardıcıl şəkildə qanunsuz addımlar atılmış, bir sıra vəzifəli şəxslər hədə-qorxu, psixoloji təzyiq və məcburetmə yolu ilə işdən azad edilmiş və ya uzaqlaşdırılmışdır.
Belə ki:
-Direktorun müşaviri Vüqar Məhərrəmov,
-Direktorun köməkçisi Sevinc Məmmədova,
-XNŞ-nin rəisi Əkbər Heydərov (hal-hazırda məzuniyyətdədir, gəlməsini gözləyirlər),
-XNŞ-nin baş müfəttişi Yalçın Məmmədov,
-TTSM-nin rəisi Fərhat Sultanlı,
-TTSM-nin işçisi Elnarə
-17 saylı komandanın rəisi İlqar Hacıyev,
-11 saylı komandanın növbə rəisi Əhməd Hacıyev
-15 saylı komandanın rəis müavini Kamran Cəfərov və digərləri
qanunsuz şəkildə işdən azad edilmiş və təzyiq göstərilərək vəzifələrindən uzaqlaşdırılmışdır.
Bu hallar onu göstərir ki, şirkət daxilində həyata keçirilən proseslər sistemli xarakter daşıyır və əmək qanunvericiliyinin tələblərinə açıq şəkildə ziddir.
Yuxarıda qeyd olunanları nəzərə alaraq, Sizdən xahiş edirəm ki, məsələ obyektiv şəkildə araşdırılsın, "Security Operation Services" MMC-nin direktoru Firuz Bayramovun qanunsuz əməllərinə hüquqi qiymət verilsin və mənim pozulmuş əmək hüquqlarımın bərpası istiqamətində müvafiq tədbirlər görülsün.
Əlavə olaraq bildirirəm ki, qanunvericiliyə uyğun olaraq haqqımı müdafiə etmək üçün aidiyyəti dövlət qurumlarına da müraciət etmək hüququmu özümə saxlayıram.
Hörmətlə,
Hüseynov Elvin Rəfael oğlu
Tarix: 24 / 12 / 2025


Aknews.az

Xəbərlər