Xəbər verdiyimiz kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Xatırladaq ki, onlar Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev işinə görə Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən saxlanılıb. Prosesdə ümumilikdə 50 nəfərlik heyətin olduğu bildirilir, lakin onlardan hələlik yalnız 2 nəfər həbsdədir. Keçmiş deputat Gültəkin Hacıbəyli isə hələ də İstanbuldadır və Bakıya təhvil verilməyib. Yəni yalnlz 3 nəfərlə bağlı məsələ məlumdur.
Bəs, 47 nəfər nə zaman tutulacaq? Qanun nə deyir?
Globalinfo.az-a danışan vəkil Mehman Muradlı bildirib ki, sualın cavabı qeyri-müəyyəndir:
“Əli Kərimli və Məmməd İbrahimi, Gültəkin Hacıbəyli, o cümlədən Ramiz Mehdiyev haqda bilgilər hər kəsə məlumdur. Amma digərləri barədə hələlik tam məlumatımız yoxdur. Onların kim olduqları, cinayət işində hansı rol oynadıqları, təqsirləndirilən və ya şübhəli şəxslər olub-olmadıqları hələ müəyyən edilməyib və cəmiyyətə açıqlanmayıb. İstintaq prosesi davam edir və bu məsələ hələ açıq qalıb”.
