​"Qarabağ"ın daha bir ulduzu təklif aldı


"Qarabağ"ın daha bir futbolçusuna transfer təklifi gəlib.
Qurban Qurbanov "Şamaxı" - "Qarabağ" oyunundan sonra keçirilən mətbuat konfransında məlumat verib.

O bildirib ki, futbolçuları komandada saxlamaq asan deyil.

"Təkliflər elə yerlərdən gəlir ki, oraya yalnız pula görə getmək olar. Pul da elə təklif edirlər ki, bunlara yox da demək olmur. Bəhlulun Çinə transferi ilə bağlı bir neçə detallar oldu. Onun özü ilə danışıb, razılaşmışdım. Mən Bəhlulun tərəfində idim. Bəzi detallar var ki, dərinliyə getmək lazım deyil", - deyə baş məşqçi qeyd edib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.


Aknews.az

Xəbərlər