Fuad Qəhrəmanlı axtarışa verildi


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Fuad Qəhrəmanlı axtarışa verilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov Azərbaycan Respublikası ərazisindən kənarda olduqları və istintaqdan gizləndikləri üçün barələrində axtarış elan edilməklə, məhkəmə tərəfindən qiyabi həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adıçəkilən şəxslər dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməllərində ittiham olunurlar.

Aknews.az

Xəbərlər