Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsindəki yanğın zamanı tüstüdən zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.
Kliniki Tibbi Mərkəzdən (KTM) bildirilib ki, fevralın 12-də Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində baş verən yanğınla əlaqədar səkkiz nəfər şəxs (iki kişi, altı qadın) tüstüdən zəhərlənmə səbəbi ilə KTM-in Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
"Onların hər birinə zəruri tibbi yardım göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildiyindən hamısı ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanıb.
Aknews.az