11 illik işindən qanunsuz uzaqlaşdırıldı... - ŞİKAYƏT


Qəribova Pəri 11 il ərzində Ağdam rayonu 146 saylı tam orta məktəbdə laborant vəzifəsində çalışıb.
Aknews.az qeyd edir ki, sonradan məktəbdə şagird sayının azalması əsas gətirilərək o, ixtisara salınıb və işdən azad edilib.

Şikayətçi ixtisarın qanunvericiliyin tələblərinə uyğun həyata keçirilmədiyini iddia edir. O, bununla bağlı dəfələrlə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimlinin qəbulunda olduğunu, onlara köməklik göstərilmədiyini və bu günədək nəticənin olmadığını iddia edir.
Vətəndaş Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Təhsil Agentliyinin rəsmisi Nurlan İsmayılbəylinin, Bərdə şəhərini təmsil edən millət vəkili Fatma Yıldırımın da qəbulunda olduğunu, lakin heç bir nəticənin olmadığını deyir.

Qəribova aidiyyatı qurumlara müraciət edərək, bu məsələnin araşdırılıb, hüquqi qiymət verilməsini xahiş edir.

dia.az

Xəbərlər