Qazaxıstan tərəfinin təşəbbüsü ilə Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan liderinin administrasiyası məlumat yayıb.
Dövlət başçıları ticarət, nəqliyyat, sənaye əməkdaşlığı, enerji və su ehtiyatları sahələrində əvvəllər əldə edilmiş razılaşmaların həyata keçirilməsi də daxil olmaqla, Qırğızıstan-Qazaxıstan münasibətlərinin bütün sahələrində qarşılıqlı maraq doğuran aktual məsələləri müzakirə etdilər.
Liderlər bütün məsələlərin etimad, ənənəvi dostluq və qardaşlıq ruhunda həllinin vacibliyini vurğulayıblar. Qeyd edilib ki, bu, çoxşaxəli qarşılıqlı əlaqələrin ardıcıl inkişafı üçün etibarlı zəmin yaradacaq.
Tokayev və Japarov həmçinin daxili siyasi islahatlar, regional və beynəlxalq gündəlikdəki məsələlər barədə fikir mübadiləsi aparıblar və çoxtərəfli formatda keçiriləcək birgə tədbirlərin cədvəlini nəzərdən keçiriblər.
Aknews.az