Bakıda zərgərlik mağazasından oğurluq kameraya düşdü - ANBAAN GÖRÜNTÜSÜ


Paytaxtın Nizami rayonunda oğurluq hadisəsi baş verib.

Bildirilib ki, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.


Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək, qızılları götürüb aradan çıxdığı məlum olub.

Aknews.az

Xəbərlər