Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb.
News365.az xəbər verir ki, yaxın saatlarda o məhkəmə qarşısına çıxarılacaq. Onun sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.
Tanınmış aparıcı Tarix Əliyev(Tolik) hadisə barədə News365.az-a ətraflı məlumat verib:
“Fərəh Samirəqızı Kəmalə Günəşlini müdafiə etmək məsədi ilə video çəkərək xoşagəlməz ifadələr işlədib və bu videonu sosial şəbəkələrdə yayıb. Biz efirdə bu mözuya toxunduq. Samirə efirə zəng etdi və hadisəyə görə Azərbaycan xalqından üzr istədi. Bundan əlavə qızı efirmizə gələrək efir vasitəsi ilə hər kəsdən üzr istədi. Lakin gecə ana-bala canlı yayım açaraq etdikləri əməldən peşman olmadıqlarını, nə ediblərsə yaxşı etdiklərini deyiblər. Aldığım son xəbərə görə Fərəh saxlanılıb və haqqında tədbir görüləcək. Öz növbəmizdə biz: televiziya aparıcıları da onları bir müddət efirdən kənarlaşdıracayıq. Artıq MTV-dən Mikayıl, daha sonra Zaur Nəbioğlu ilə bu mövzuda razılığa gəlmişik. Ümid edirəm digərləri də bizə qoşulacaq”.
Qeyd edək ki, müğənni Fərəh meyxanaçı Samirənin qızıdır.
Aknews.az