Sergen Yalçın Türkiyə millisinin yeni baş məşqçisi olacaq


Sergen Yalçın Türkiyə millisinin yeni baş məşqçisi olacaq.
Təcrübəli mütəxəssis "Kafa Sports" "Youtube" kanalına açıqlamasında milli komandadakı yeni vəzifəsi ilə bağlı danışıb.

O, bu təyinatın özü və ölkəsi üçün xeyirli olmasını arzulayıb.

“Hamımız üçün xeyirli olsun. Ölkəmiz üçün xeyirli olsun. Bu, çox vacib vəzifədir. Ay-ulduz hər şeydən üstündür. Hər bir baş məşqçinin gəlmək istədiyi yerdir. Xalqın baş məşqçisi olmaq çox gözəldir. Mənim üçün də qürur və xoşbəxtlik mənbəyidir. Hər kəsin dəstəyi ilə uğurlu bir yol keçəcəyimizə inanıram. İnsanların yenidən millinin arxasında birləşməsini təmin edəcəyik”, – deyə Yalçın bildirib.

Qeyd edək ki, Türkiyə millisi noyabrın 12-də İzmir şəhərində Belçikanı qəbul edəcək, noyabrın 15-də isə Fransanın qonağı olacaq.

Aknews.az

Xəbərlər