Ölkə başçısının sərəncamı ilə TƏBİB Səhiyyə Nazirliyinin tərkibinə verildi və Anar Bayramov yeni səhiyyə naziri təyin olundu.
Digər sərəncamla Teymur Musayev Azərbaycan Respublikası Baş nazirinin müavini təyin edildi.
Qeyd olunan xəbər yayıldıqdan sonra sosial mediada daha bir ad paylaşıldı. Bu dəfə paylaşımı edən elə jurnalistlər idi.
Söhbət Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirovdan gedir.
O,2018-ci ildən bu vəzifədə olsa da,mətbuatla heç cürə uzlaşa bilmədi.
Jurnalistlər Abubəkirovu zəngi açmayan,sorğuya cavab verməyən biri kimi tanıdı.
Mövzu ilə bağlı Əməkdar jurnalist Ləman Ələşrəfqızı da paylaşım edib.
Əksər başlıq təxminən belə idi: "Nazir getdi,bəs o nə vaxt gedəcək?..."
"Təklif: Teymur Musayev özüylə Pərvizi də götürüb aparsın. Dostumuzu, Abubəkirovu deyirəm",-deyə paylaşım edib.
Sözügedən posta bir çox jurnalist rəy yazıb.
Oxşar paylaşımı jurnalist Famil Fərhadoğlu da edib.O paylaşdığı videoda "Ümid edirəm,Abubəkirov yola salınacaq" qeydini edib.
Jurnalist Arzu Qocayev də bu təkliflə çıxış edib.O da paylaşımında "Pərviz getsin!" şüarını əsas tutub.
"Pərviz Abubəkirov 8 ildir Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri vəzifəsində çalışır. Bu müddət ərzində jurnalist həmkarlarımız tərəfindən onun fəaliyyəti ilə bağlı dəfələrlə tənqidi paylaşımlar edilib. Səbəb isə sadədir: adam nə telefon zənglərinə cavab verir, nə də jurnalist sorğularını cavablandırır",-deyə jurnalist qeyd edib.
Bu paylaşıma da xeyli jurnalist dəstək rəyi bildirib.
Görünən odur ki,medianın böyük qismi Pərviz Abubəkirovun işindən ciddi narazıdır...
Oxu24.az
Aknews.az