Kəlbəcər, Xocavənd və Cəbrayıla növbəti köç karvanı yola salınıb


Bu gün Kəlbəcər və Xocavənd şəhərlərinə, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə növbəti köç olub.

Bu mərhələdə Kəlbəcər şəhərinə 118 nəərdən ibarət 27 ailə, Xocavənd şəhərinə 138 nəfərdən ibarət 41 ailə, Cəbrayıl rayonunun Horovlu kəndinə isə 196 nəfərdən ibarət 40 ailə köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.


Aknews.az

Xəbərlər