Maduro ABŞ-də aparılan məhkəmə prosesinin dayandırılmasını tələb edib


Venesuela Prezidenti Nikolas Maduro ABŞ-də onun barəsində aparılan məhkəmə prosesinin dayandırılmasını tələb edib.

Vəkil təqdim etdiyi vəsatətdə prosesual normaların və ABŞ Konstitusiyasının ədalətli məhkəmə hüququnu təsbit edən Altıncı düzəlişinin pozulduğunu bildirib. Sənəddə qeyd olunur ki, Venesuela hakimiyyətinə Maduronun vəkil xidmətlərinin ödənilməsini təmin etməkdə maneələr yaradılır.

Bildirilir ki, əgər məhkəmə təqdim olunmuş vəsatəti rədd edərsə, vəkil müdafiə etdiyi şəxsin maraqlarını təmsil etməkdən imtina edə bilər.

Aknews.az

Xəbərlər