Maştağada gölü kim satıb? – icra başçısı Adil Vəliyevlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susur….


Bu günlərdə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Sovxoz Ramana ərazisində yerləşən gölün doldurulması faktı ilə bağlı sakinlərin etirazları səslənmişdi. Sakinlər gölün qanunsuz doldurulduğunu bildirsələr də, özünü iş icraçısı kimi təqdim edən şəxs qanuni sənədlərinin olduğunu, gölün ona məxsus olmasını iddia etmişdi. Bu şəxs kameralar qarşısında bütün dövlət qurumlarının, vətəndaşların üzünı baxa-baxa sənədlərinin olduğunu ioddia edirdi.
Amma Bizimesr.az bildirir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən baş verənləri yerində araşdırııb.

Qurumdan bildirilib ki, araşdırma çərçivəsində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 1K ünvanında yerləşən sututara baxış keçirilib. Müəyyən olunub ki, əsasən gecə saatlarında daşınan bərk və qarışıq süxur tullantıları vasitəsilə su hövzəsinin 0,34 hektar hissəsi doldurularaq akvatoriya süni şəkildə kiçildilib.

Qeyd edilib ki, sözügedən ərazi su, bataqlıq və digər köçəri quşların məskunlaşdığı ekoloji baxımdan həssas zonadır. Sututarın doldurulması və qurudulması ətraf ərazilərdə yerləşən yaşayış evləri üçün də ciddi risklər yaradır. Belə ki, su hövzəsi təbii su tənzimləyici rolunu oynadığından onun ləğvi həyətyanı sahələrin və zirzəmilərin subasmasına, bioloji müxtəlifliyə zərər vurulmasına və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinə göndərilib.

Beləliklə,bəlli olur ki, Sabunçu RİH bu vəziyyətə açıq-aşkar göz yumub. Üstəlik “iş icraçısı”nın “Ekologiya Nazirliyindən sənədim var” deməsi də ciddi pozuntudur və bu fakt ciddi şəkildə araşdırılmalıdır. Sabunçu RİH isə susur…

Maştağada gölü kim satıb? – icra başçısı Adil Vəliyevlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi susur….




Aknews.az

Xəbərlər